Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan və ABŞ hərbçiləri birgə taktiki təlimdə iştirak edəcəklər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq Planına əsasən iyulun 15-dən Bolqarıstanın Novo Selo hərbi poliqonunda "Qara Dəniz Rotasiya Qüvvələri 2013" səhra şəraitində taktiki təlim keçiriləcək.
Hərbi təlim avqustun 4-də başa çatacaq.