Azərbaycan, Bakı, 20 iyul /Trend/
Venesuelanın xarici işlər naziri Elias Xaua deyib ki, onlar ABŞ-ın Karakasdakı səfirliyinə payızda Vaşinqtonun BMT-dəki nümayəndə heyətinə rəhbərlik edəcək Samanta Pauerin bəyanatı ilə əlaqədar prezident Nikolas Maduronun etirazını əks etdirən nota göndərib.
Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, Pauer məlum bəyənatında deyib ki, əgər o Vaşinqtonun BMT-dəki nümayəndə heyətinin rəhbəri təyin edilsə, Kuba və Venesueladakı repressiyalara qarşı mübarizə aparacaq.
"Biz etiraz notası göndərməklə, bir daha soruşmuşuq ki, dövlət katibi Con Kerrinin söylədiyi kimi, ABŞ tərəfi Venesuela ilə normal əlaqələr qurmaq istəyirmi?" - deyə Venesuelanın xarici işlər naziri əlavə edib.