...

Almaniyanın yeni səfiri: "Hədəfim Azərbaycan və Almaniyanı bir-birinə daha da yaxınlaşdırmaq və sıx əlaqələrimizi daha da dərinləşdirməkdir"

Siyasət Materials 26 İyul 2013 15:47 (UTC +04:00)
Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Haydrun Tempel hədəfinin Azərbaycan və Almaniyanı bir-birinə daha da yaxınlaşdırmaq olduğunu bildirib.
Almaniyanın yeni səfiri: "Hədəfim Azərbaycan və Almaniyanı bir-birinə daha da yaxınlaşdırmaq və sıx əlaqələrimizi daha da dərinləşdirməkdir"

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir S.Əhmədova/

Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Haydrun Tempel hədəfinin Azərbaycan və Almaniyanı bir-birinə daha da yaxınlaşdırmaq olduğunu bildirib. Bu barədə Trend-ə Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Xanım H.Tempel deyib ki, Azərbaycan xüsusi qonaqpərvərliyi və tolerantlığı ilə seçilən gözəl bir ölkədir: "Mən yeni fəaliyyətimə görə çox məmnunam. Mənim hədəfim Azərbaycan və Almaniyanı bir-birinə daha da yaxınlaşdırmaq və bizim sıx iqtisadi və mədəni əlaqələrimizi daha da dərinləşdirməkdir".

Qeyd edək ki, Azərbaycana yeni təyin olunmuş səfir H.Tempel ötən cümə günü Azərbaycan Prezident İlham Əliyevlə vidalaşan səfir Herbert Kvellenin xələfidir.

H.Tempel əvvəllər Berlində Almaniya Xarici İşlər Nazirliyinin
mədəniyyətlərarası dialoq üzrə səfiri və xüsusi müvəkkili vəzifəsində, həmçinin Brüssel və Cakartada fəalliyyət göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti