...

Nursultan Nazarbayev Azərbaycana gəlib

Siyasət Materials 16 Avqust 2013 09:41 (UTC +04:00)
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu gün keçiriləcək III Zirvə toplantısında iştirak etmək üçün Azərbaycana gəlib. Bu barədə Trend Qazaxəstanın Prezident Administrasiyasının rəsmi saytına istinadən məlumat verib.
Nursultan Nazarbayev Azərbaycana gəlib

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir A.Bədəlova/

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu gün Qəbələdə keçiriləcək III Zirvə toplantısında iştirak etmək üçün Azərbaycana gəlib. Bu barədə Trend Qazaxıstanın Prezident Administrasiyasının rəsmi saytına istinadən məlumat verib.

Xatırladaq ki, dünən Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının iclası da keçirilib. Şura iclasının sonunda 4 ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlıq protokolu imzalanıb.

Qeyd edək ki, Şura 2009-cu ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən Avrasiyada sülh və stabilliyə töhfə vermək məqsədilə yaradılıb. Qurumun katibliyi İstanbulda yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti