...

Fransua Olland: Fransa Suriyaya hərbi müdaxilədə iştirak etməyə hazırdır

Siyasət Materials 28 Avqust 2013 00:25 (UTC +04:00)
Fransa Suriyaya hərbi müdaxilədə iştirak etməyə hazırdır. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bunu Fransa prezident Fransua Olland deyib.
Fransua Olland: Fransa Suriyaya hərbi müdaxilədə iştirak etməyə hazırdır

Azərbaycan, Bakı, 28 avqust /Trend/

Fransa Suriyaya hərbi müdaxilədə iştirak etməyə hazırdır. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bunu Fransa prezident Fransua Olland deyib.

Onun sözlərinə görə, Bəşər Əsəd rejiminin kimyəvi qırğın silahından istifadəsi cavabsız qala bilməz.

"Fransa kütləvi qırğına səbəb olan kimyəvi silahdan istifadəni qətiyyətlə pisləyir və Qərb dövlətlərinin Suriyaya hərbi müdaxiləyə dair fikirlərini tam dəstəkləyir" - deyə Olland bildirib.

Prezident Suriyada yaranmış vəziyyətlə əlaqədar bu gün Yelisey sarayında müdafiə şurasının yığıncağını keçirəcəyini və bu haqda ölkə parlamentini məlumatlandıracağını da bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti