Azərbaycan, Bakı, 3 sentyabr / Trend, müxbir S.Əhmədova /
Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Roland Kobia Azərbaycanın Mərkəzi Seçki Kommissiyasının (MSK) REAL hərakatının rəhbəri İlqar Məmmədovun prezident seçkilərində öz vətəndaş və siyasi haqlarını həyata keçirmək üçün namizədliyinin təsdiqlənməsi qərarını alqışlayır. Trend-in məlumatına görə, bu barədə Aİ-nın Bakı Ofisi bildirib.
R.Kobia deyib: "İ.Məmmədov hazırda istintaq altında olduğu üçün mən bunu Mərkəzi Seçki Kommissiyasının ədalətli və əhatəli qeydiyyat prosesini təmin etmək cəhdlərinə müsbət siqnal kimi qiymətləndirirəm".
O qeyd edib ki, bu prosedur bundan sonra namizədlərin öz namizədliklərini effektiv şəkildə irəli sürməsinə kömək edəcək:
"Bu beynəlxalq standartlar əsasında demokratik seçki prosesinə və Azərbaycanın bu sahədə beynəlxalq öhdəliklərinə kömək edəcək".
Qeyd edək ki, Azərbaycanda prezident seçkisi oktyabrın 9-da keçiriləcək.