Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir A.Tağıyeva/
Türkiyə istənilən koalisiyanın tərkibində Suriyaya qarşı hərbi müdaxilədə iştirak etməyə hazırdır.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu çərşənbə günü jurnalistlərə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Türkiyə hərbi müdaxilə olacağı təqdirdə bütün mümkün ssenarilərə hazırdır:
"Suriya ölkədə hərbi əməliyyatlarda iştirak edən dövlətlərə cavab zərbələri endirsə, Türkiyə bununla bağlı bütün hazırlıq işləri görəcək".