...

YAP-dan bəzi QHT-lərin bəyanatına cavab

Siyasət Materials 6 Sentyabr 2013 16:49 (UTC +04:00)
Kiminsə qanunvericiliyin tələblərinə uyğun olaraq harasa çağrılması və yaxud da münasibət öyrənilməsi heç də seçki prosesinə mane olmaq demək deyil. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bəzi QHT-lərin “El” hərəkatının rəhbər nümayəndələrinin Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılması ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.
YAP-dan bəzi QHT-lərin bəyanatına cavab

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Kiminsə qanunvericiliyin tələblərinə uyğun olaraq harasa çağırılması və yaxud da münasibət öyrənilməsi heç də seçki prosesinə mane olmaq demək deyil. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bəzi QHT-lərin "El" hərəkatının rəhbər nümayəndələrinin Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılması ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.

S.Novruzov bildirib ki, ümumilikdə istənilən müşahidəçi, istər daxili, istərsə də xarici müşahidəçi gəlib Azərbaycanda müşahidə apara və baxa bilər ki, Azərbaycanda seçkiyə qədər olan vəziyyət çox stabildir, qanunvericilik bazası tam normaldır və hər bir vətəndaş Konstitusiyaya, Seçki Məcəlləsinə uyğun öz seçki kampaniyasını qura və apara bilər.

S.Novruzov əlavə edib ki, kimlər ki, öz hərəkətlərində bu və ya digər şəkildə qanun pozuntusuna yol verirsə və yaxud da qanundan kənara çıxırsa, belə insanlar hansı vəzifəni daşımasından və yaxud da hansı partiyanın üzvü olmasından, hansı təşkilatı yaratmasından asılı olmayaraq qanun qarşısında cavab verməlidirlər: "Bilirsiniz ki, "El" hərəkatının nümayəndələri ilə əlaqədar olan məsələ ondan ibarətdir ki, "El" hərəkatının Ali Məclisinin keçmiş sədr müavini Əflan İbrahimov rəsmi şəkildə müraciət edib ki, "El" hərəkatına və Milli Şuraya daxil olan insanların əksəriyyəti Azərbaycanda iğtişaşlar törətmək və s. bu kimi məsələlərlə məşğul olmaq istəyirlər. Bununla əlaqədar da araşdırma aparılır. Kiminsə bu istiqamətdə qanunvericiliyin tələblərinə uyğun olaraq harasa çağrılması seçki prosesinə maneçilik törətmək kimi qiymətləndirilə bilməz".

Qeyd edək ki, bəzi QHT-lər bəyanatlarında "El" hərəkatının rəhbər nümayəndələrinin Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılmasını seçki prosesinə maneçilik kimi dəyərləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti