...

İranın Sərhəd Qoşunlarının komandanı Azərbaycan-İran sərhədinə baxış keçirib

Siyasət Materials 10 Sentyabr 2013 11:50 (UTC +04:00)
İran İslam Respublikası Sərhəd Qoşunlarının komandanı, general Hüseyn Zülfüqari Ərdəbil vilayətinin Aslanduz sərhəd bölgəsinə səfər edib.
İranın Sərhəd Qoşunlarının komandanı Azərbaycan-İran sərhədinə baxış keçirib

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir T.Cəfərov/

İran İslam Respublikası Sərhəd Qoşunlarının komandanı, general Hüseyn Zülfüqari Ərdəbil vilayətinin Aslanduz sərhəd bölgəsinə səfər edib.Trend-in məlumatına görə, bu barədə İRNA agnetliyi məlumat verir.

Zülfüqari Aslanduz qəsəbəsində Sərhəd Akademiyasını bitirmiş məzunlarla görüşüb və onların məzun olması münasibəti ilə keçirilən mərasimdə iştirak edib. Zülfüqari, həmçinin Azərbaycan və İran sərhədinə baxış keçirib.

Aslanduz qəsəbəsi İranın Parsabad şəhərinin ərazisində yerləşir. Parsabad şəhəri Ərdəbil vilayətinin şimalında yerləşir və Azərbaycan Respublikası ilə təxminən 100 kilometr ortaq quru və su sərhədinə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti