...

İran Sərhəd Polisi: Kənar qüvvələrin Xəzər regionuna daxil olması təhlükə yarada bilər

Siyasət Materials 17 Sentyabr 2013 17:53 (UTC +04:00)
Kənar qüvvələrin Xəzər regionuna daxil olması region ölkələri üçün təhlükə yarada bilər. İran xarici qüvvələrin Xəzərdə olmasına qarşıdır, Xəzəryanı ölkələrdən isə heç bir təhlükə hiss etmir.
İran Sərhəd Polisi: Kənar qüvvələrin Xəzər regionuna daxil olması təhlükə yarada bilər

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir T.Cəfərov/

Kənar qüvvələrin Xəzər regionuna daxil olması region ölkələri üçün təhlükə yarada bilər. İran xarici qüvvələrin Xəzərdə olmasına qarşıdır, Xəzəryanı ölkələrdən isə heç bir təhlükə hiss etmir. Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan İran İslam Respublikasının (İİR) Sərhəd Polisinin komandanı Hüseyn Zülfüqari mətbuat konfransında deyib.

Rəsmi Tehranın Xəzər dənizində özünə qarşı heç bir təhlükə görmədiyini deyən iranlı komandanın sözlərinə görə, adıçəkilən bölgənin təhlükəsizliyi region ölkələri tərəfindən təmin olunmalıdır:

"Hər bir ölkə öz təhlükəsizliyini təmin etmək üçün qüvvələrinin hazırlıqlarını artırır. Bəzi Xəzəryanı ölkələr də yeni modern gəmilər alır və texniki təchizatlarını gücləndirirlər. Eləcə də İran öz dəniz sərhədlərini qorumaq üçün qüvvələrini gücləndirir. Biz inanırıq ki, Xəzər dənizi qonşu ölkələr üçün sülh və əmin-amanlıq dənizidir. Xəzərin təhlükəsizliyi də Xəzəryanı ölkələrin özü tərəfindən təmin olunmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti