...

Azərbaycanla İran arasında sərhəd sahəsində bir sıra razılaşmalar əldə olunub

Siyasət Materials 17 Sentyabr 2013 17:57 (UTC +04:00)
Azərbaycanla İran arasında sərhəd sahəsində bir sıra razılaşmalar əldə olunub. Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan İran İslam Respublikasının (İİR) Sərhəd Polisinin komandanı Hüseyn Zülfüqari mətbuat konfransında deyib.
Azərbaycanla İran arasında sərhəd sahəsində bir sıra razılaşmalar əldə olunub

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir T.Cəfərov/

Azərbaycanla İran arasında sərhəd sahəsində bir sıra razılaşmalar əldə olunub. Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan İran İslam Respublikasının (İİR) Sərhəd Polisinin komandanı Hüseyn Zülfüqari mətbuat konfransında deyib.

Azərbaycana səfərinin Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının komandanı Elçin Quliyevin rəsmi dəvəti ilə baş tutduğunu deyən H.Zülfüqari qeyd edib ki, səfər hər iki ölkənin sərhədlərinin və sərhəd qanunlarının daha yaxşı qorunması məqsədilə təşkil olunub.

Onun sözlərinə görə, bu səfər çərçivəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbərliyi ilə bir sıra müzakirələr aparılıb:

"Bu müzakirələrdə razılaşdıq ki, hər iki ölkənin sərhədçiləri ildə iki dəfə görüşsün, cinayətkarlar sahəsində məlumat mübadiləsi aparılsın, ildə bir dəfə Sərhəd Qoşunları komandanlarının müavinləri görüşsün, sərhəd komandanları Bakıda və Tehranda ildə bir dəfə ikitərəfli görüşlər keçirsinlər. Hər iki tərəf razılaşıb ki, İran və Azərbaycan vətəndaşlarına sərhədçilər tərəfindən normal münasibət göstərilsin".

H.Zülfüqari deyib ki, Araz çayının sahilbərkitmə işləri qarşılıqlı anlaşma və sərhədçilərin razılaşdırması ilə aparılmalıdır. Culfa körpüsünün artıq hazır olduğunu deyən iranlı komandanın sözlərinə görə, iki tərəf arasında körpü üzərində sərhəd xəttinin tanınması və çayın məcrasının əvvəlki məcrasına qaytarılması məsələsi müzakirə olunub:

"Azərbaycan sərhədçiləri söz verdi ki, 3 ay ərzində bununla bağlı araşdırma aparıb onun icra edilməsi barədə qərarlarını elan edəcəklər. Köhnə körpü istismara yararsız haldadır. Çalışacağıq ki, yeni körpü tez bir zamanda açılsın".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti