...

Ərdoğan: Suriya helikopteri qanunlara müvafiq qaydada vurulub

Siyasət Materials 18 Sentyabr 2013 00:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Suriya helikopterinin vurulması ilə bağlı hadisəyə münasibət bildirib. Bu haqda Trend "Anadolu" agentliyinə istinadən məlumat verib.

Baş nazir deyib ki, Türkiyə hərbi hava qüvvələri silahdan istifadədə bütün qaydalara riayət edib və Suriya helikopteri qanunlara müvafiq qaydada vurulub.

Xatırladaq ki, Türkiyə HHQ-nin təyyarələri Türkiyənin hava məkanını pozan, Suriya helikopterini vurublar. Sərhədi pozmuş "Mİ-17" tipli Suriya helikopteri 14.25-də Malatyanın hərbi bazasından qalxan təyyarənin raketlərilə vurulub.

Xəbər lenti

Xəbər lenti