...

Ərdoğan demokratikləşmə paketinin təfərrüatlarını açıqladı

Siyasət Materials 30 Sentyabr 2013 15:50 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədə demokratikləşmə üzrə yeni tədbirlər paketini açıqlayıb.
Ərdoğan demokratikləşmə paketinin təfərrüatlarını açıqladı

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədə demokratikləşmə üzrə yeni tədbirlər paketini açıqlayıb.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, yeni demokratikləşmə paketinə əsasən, Türkiyənin bütün siyasi partiyaları iki sədrli sistemə keçəcəklər: "Yəni partiyaların rəhbərliyi iki sədr tərəfindən həyata keçiriləcək".

R.T.Ərdoğan bildirib ki, partiyalar seçkiqabağı təşviqat zamanı türk dilindən başqa, ölkədə danışılan digər dillərdən də istifadə edə bilərlər.

Paketdə qeyd edilir ki, ölkə daxilində millətlərarası münaqişələri aradan qaldırmaq məqsədi ilə milli zəmində baş vermiş cinayətə görə həbs müddəti 3 ilədək artırılacaq.

Bundan əlavə, paket Türkiyədə dövlət strukturlarında baş örtüyü qadağasının ləğvini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti