...

Azərbaycanın sədrliyi ilə BMT TŞ Suriyada insan hüquqlarının geniş miqyasda pozulmasını pisləyib

Siyasət Materials 3 Oktyabr 2013 12:27 (UTC +04:00)
Azərbaycanın sədrliyi ilə BMT Təhlükəsizlik Şurası (TŞ) genişmiqyaslı insan hüquqları pozulmasını, zorakılıq haqlarını və terrorçu hücumları pisləyir.
Azərbaycanın sədrliyi ilə BMT TŞ Suriyada insan hüquqlarının geniş miqyasda pozulmasını pisləyib

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Azərbaycanın sədrliyi ilə BMT Təhlükəsizlik Şurası (TŞ) Suriyada insan hüquqlarının geniş miqyasda pozulmasını, zorakılıq haqlarını və terrorçu hücumları pisləyir.

BMT Təhlükəsizlik Şurasının sədri Aqşin Mehdiyevin cümə axşamı verdiyi bəyanatda bildirilir: "Şura üzvləri Suriyada zorakılığın qəbuledilməz şəkildə artması və 100 mindən çox insanın ölümündən hiddətlənib".

Oktyabrın birindən BM TŞ-da sədrlik Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyevə keçib.

TŞ-nın üzvləri bütün tərəfləri beynəlxalq humanitar hüquqlarının bütün normalarının pozulmasını dayandırmağa, yaralı və xəstə olan şəxslərin tibbi personalla təmin olunmasına, o cümlədən humanitar yardımın bütün ölkə miqyasında təhlükəsiz və maneəsiz çatdırılmasını təmin etməyə çağırıblar.

Sənəddə vurğulanır: "Təhlükəsizlik Şurası ölkədə humanitar vəziyyətin kəskin şəkildə pisləşməsindən ciddi narahatdır".

Sənəddə TŞ üzviləri Suriya rəhbərliyi tərəfindən insan haqları və beynəlxalq hüquq normalarının genişmiqyaslı şəkildə pozulmasını pisləyiblər. Onlar, həmçinin pozuntuları törədənlərin kimliyindən asılı olmayaraq Suriyada baş verən bütün zorakılıq hallarını pislədiklərini bildiriblər.

TŞ "Əl-Qaida" ilə əlaqəli terror təşkilatları və şəxslər tərəfindən həyata keçirilən və çoxsaylı insan itkisi ilə nəticələnən terror hücumlarının artmasını pisləyib.

Qurum üzvləri mülki obyektlərə və şəxslərə hücumların, eləcə də kimyəvi silahın tətbiqinin, insanlara hədsiz iztirablar verəcək müharibə metodlarından istifadənin qadağan edildiyini xatırladıblar. Onlar vurğulayıblar ki, beynəlxalq qaydalara əsasən, yaralı və xəstə şəxslərə "maksimum şəkildə və qısa müddətdə tibbi yardım göstərilməlidir".

TŞ üzvləri vurğulayıblar ki, "Suriyada münaqişə nəticəsində yaranan humanitar fəlakətin miqyası xüsusilə humanitar köməyə ehtiyac olduğu əyalət və rayonlar daxil olmaqla bütün ölkə boyu humanitar yardımın təhlükəsiz və maneəsiz çatdırılmasının təmin olunmasına köməklik məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir".

Bəyanatda bütün tərəflər, xüsusən Suriya hakimiyyəti BMT-nin müvafiq idarələrinin, bütün humanitar təşkilatların müharibədən zərər görən əhaliyə təxirəsalınmaz və fövqəladə humanitar yardımlar göstərə bilməsi üçün bütün lazımi tədbirləri görməyə çağırılıb. TŞ tələb edib ki, Suriya hökuməti humanitar personala vizaların verilməsini sürətləndirərək bütün bürokratik əngəlləri qaldırmalı, yeni humanitar mərkəzlərin açılması və humanitar layihələrə icazə verilməsi qaydalarını sadələşdirməli, humanitar yardımların ünvanına çatdırılması üçün şərait yaratmalıdır.

TŞ tibb məntəqələri, məktəblər və su təchizatı stansiyalarının demilitarizasiyasını tələb edib.

Şura üzvləri öz bəyanatlarında Suriyada münaqişə nəticəsində yaranan qaçqınlarla bağlı böhrandan dərin narahatlıqlarını ifadə ediblər. Onlar qaçqınların çıxarılmama və könüllü olaraq geri dönmə hüquqlarının əhəmiyyətliliyini vurğulayıblar.

TŞ üzvləri bütün dövlətləri Suriya üçün humanitar çağırışlara reaksiya verməyə çağıraraq bu ölkədə beynəlxalq hüququn tapdanmasına və cəzasızlığa son qoyulmasının zəruriliyini vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti