...

Egemen Baxış: "Halal Şengen" yaratmağın vaxtı çatıb

Siyasət Materials 26 Oktyabr 2013 00:47 (UTC +04:00)
"Halal Şengen" yaratmağın vaxtı çatıb. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri Egemen Baxış deyib.
Egemen Baxış: "Halal Şengen" yaratmağın vaxtı çatıb

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

"Halal Şengen" yaratmağın vaxtı çatıb. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri Egemen Baxış deyib.

Türkiyədə keçirilən Beynəlxalq Halal Akkreditasiya Forumunun (IHAF 2013) açılışında çıxış edən nazir bildirib:

"Halal tikə torpağa atılmış toxum kimidir. Haram tikə isə kinə, üsyana gətirib çıxarır. Halal-haram məsələsi gündəlik həyatımızda hər sahəni əhatə edir. Quranda "Müsəlmanlar qardaşdır", - deyilir. Bəs biz qardaş kimi yaşaya bilirikmi? Suriya, Misir, Qəzza və Somalidə insanlar əziyyət çəkərkən biz özümüz üçün yaşayırıqsa, hansı qardaşlıqdan danışmaq olar? Bu fəlakətdə hamımız günahkarıq".

E.Baxış qeyd edib ki, artıq halal məhsulların nəzarət altında dövriyyə edə biləcəyi "Halal Şengen" və ya "Halalgen" adlı şəbəkə yaratmağın vaxtı gəlib çatıb: "2020-ci ildə dünyada müsəlman əhalinin sayı 2 milyarda çatacaq ki, bu da böyük bir bazardır".

Xəbər lenti

Xəbər lenti