Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir R.Hafizoğlu/
Türkiyə "əl-Qaidə" təşkilatının Suriya qanadını və digər radikal islamçı qruplaşmaları dəstəkləmir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Baş nazir Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Türkiyə üçün terrorçu təşkilatlar arasında fərq yoxdur və Ankara daima terrorizmlə mübarizə aparacaq.
Baş nazir onu da qeyd edib ki, Türkiyə üçün yalnız "Azad Suriya Ordusu" legitimdir.