...

Ukraynada milli, irqi, dini dözümsüzlük səbəbindən baş verən cinayətlərə qarşı səylərin birləşdirilməsinə çağırış olunub

Siyasət Materials 9 Noyabr 2013 12:54 (UTC +04:00)
Kiyevdə Ukrayna Ali Radasında "Beynəlxalq antifaşist cəbhəsi" Fraksiyalararası Deputat Birliyinin və Ukrayna Yəhudi Forumunun təşəbbüsü ilə tarixi "Büllur gecə" yəhudi faciəsinin 75 illiyinə həsr olunmuş, azərbaycanlıların da iştirakı ilə millətlərarası "dəyirmi masa" keçirilib.
Ukraynada milli, irqi, dini dözümsüzlük səbəbindən baş verən cinayətlərə qarşı səylərin birləşdirilməsinə çağırış olunub

Azərbaycan, Bakı, 9 noyabr /Trend/

Kiyevdə Ukrayna Ali Radasında "Beynəlxalq antifaşist cəbhəsi" Fraksiyalararası Deputat Birliyinin və Ukrayna Yəhudi Forumunun təşəbbüsü ilə tarixi "Büllur gecə" yəhudi faciəsinin 75 illiyinə həsr olunmuş, azərbaycanlıların da iştirakı ilə millətlərarası "dəyirmi masa" keçirilib.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən Trend-ə verilən məlumata görə, dialoq "Neonasizmlə mübarizə Ukraynada demokratik cəmiyyətin qurulmasının əsasıdır" adı altında keçirilib.

Tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin nümayəndəsi Sabir Rzayev və Konqresin sədri Rövşən Tağıyev də iştirak ediblər. Dialoqda 1938-ci il 9-10 noyabrda bütün nasist Almaniyasında və Avstriyanın bir hissəsində alman hərbiləşmiş dəstələr və mülki şəxslər tərəfindən yəhudilərə qarşı törədilmiş cinayətlər və hücumlar pislənilib. Hazırda ölkədə milli, irqi, dini motivlərdə baş verən cinayətlərə qarşı səyləri birləşdirmək təklif olunub, bu hallara qarşı mübarizəyə çağırış olub.

R.Tağıyev çıxışında irqi, milli, dini motivlər əsasında cinayətlərin və diskriminasiya faktlarının qarşısını almaq üçün millətlərarası səyləri birləşdirməyin vaxtı çatdığını bildirib. Ukrayna parlamentinin Fraksiyalararası Deputatlar Birliyinin sədri, hakim Regionlar Partiyasından olan deputat Vadim Kolesniçenko təklifin partiyalar tərəfindən dəstəkləndiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti