Azərbaycan, Bakı, 9 noyabr /Trend/
Cenevrədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eşton və ABŞ-ın dövlət katibi Con Kerri arasında Tehranın nüvə proqramı ilə bağlı aparılan danışıqların üçüncü raundu nəticəsiz başa çatıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə danışqlar prosesinə yaxın olan mənbə bildirib.
Məlumata görə, tərəflər razılığa gələ bilməyiblər.
Bundan əvvəl İranın xarici işlər naziri bildirib ki, Cenevrədə aparılan danışıqlarda razılıq əldə olunmasa, müzakirələr 7-10 gün sonra yenidən davam etdirilə bilər.