...

Rusiyanın RİA Novosti agentliyi ləğv edildi

Siyasət Materials 9 Dekabr 2013 12:16 (UTC +04:00)
Rusiya Prezidenti Vladimir Putin Rusiyanın ən iri inforfmasiya agentliklərindən biri olan RİA Novosti-nin ləğvi haqqında sərəncam imzalayıb.
Rusiyanın RİA Novosti agentliyi ləğv edildi

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın ən iri inforfmasiya agentliklərindən biri olan RİA Novosti-nin ləğvi haqqında sərəncam imzalayıb. Trend-in məlumatına görə, bu barədə BBC xəbər verib.

Onun yerinə "Rusiya bu gün" agentliyi yaradılacaq ki, onun əsas fəaliyyət istiqaməti Rusiyada baş verən hadisələrin xaricdə işıqlandırılması olacaq. Yeni agentliyin rəhbəri jurnalist Dmitri Kiselyov təyin edilib. Artıq RİA Novosti-nin bütün əmlakı beynəlxalq status alan yeni agentliyə verilib.

RİA Novosti ilə yanaşı, "Qolos Rossii" radiosu da ləğv edilir. Bir hüquqi şəxsin ləğv edilərək başqa bir hüquqi şəxsin yaradılmasını nəzərdə tutan yenidən strukturlanma bir ay ərzində həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti