...

Dağıstanda Rusiya-Azərbaycan sərhədi quruculuğu məsələləri müzakirə edilib

Siyasət Materials 13 Dekabr 2013 16:08 (UTC +04:00)
Dünən Dağıstanda Yaraq-Qazmalar avtomobil buraxılış məntəqəsində və Dərbənd dəmiryolu məntəqəsində Əlaqələndirmə Şurasının iclası keçirilib.
Dağıstanda Rusiya-Azərbaycan sərhədi quruculuğu məsələləri müzakirə edilib

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir E.Tariverdiyeva/

Dünən Dağıstanda Yaraq-Qazmalar avtomobil buraxılış məntəqəsində və Dərbənd dəmiryolu məntəqəsində Əlaqələndirmə Şurasının iclası keçirilib.

Trend-in "Dağıstan RİA"ya istinadən verdiyi məlumata görə, iclasda Rusiya Federal Təhlükəsizlik Xidmətinin Federal Sərhəd İdarəsi, Dağıstan Gömrüyü və digər qurumların nümayəndələri iştirak ediblər.

Məlumata görə, iclasda dövlət sərhədi quruculuğu məsələləri, Azərbaycan-Rusiya sərhədində buraxılış məntəqələrinin fəaliyyət göstərməsi ilə bağlı problemlər müzakirə edilib.

Həmçinin, insanların, nəqliyyat vasitələrinin, malların, yük və heyvanların dövlət sərhədi vasitəsilə buraxılışının təşkili üzrə texnoloji sxemlərin modernləşdirilməsi, buraxılış məntəqələrinin iş rejiminə riayət edilməsinin yoxlanılması məsələləri barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti