...

Federal Xidmət: Xodorkovski Almaniyaya gedib

Siyasət Materials 20 Dekabr 2013 17:41 (UTC +04:00)
Prezident Vladimir Putin tərəfindən əfv edilmiş YUKOS-un sabiq rəhbəri Mixail Xodorkovski azad olunduqdan sonra təyyarə ilə Almaniyaya yola düşüb.
Federal Xidmət: Xodorkovski Almaniyaya gedib

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

Prezident Vladimir Putin tərəfindən əfv edilmiş YUKOS-un sabiq rəhbəri Mixail Xodorkovski azad olunduqdan sonra təyyarə ilə Almaniyaya yola düşüb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Rusiyanın Cəzaların İcrası Federal Xidmətinə istinadən xəbər verir.

Məlumatda deyilir: "Xodorkovski azad olunarkən xaricə getmək üçün sənədlərinin rəsmiləşdirilməsini şəxsən xahiş etmişdi. Azad olunduqdan sonra o, anasının müalicə olunduğu Almaniyaya gedib.

Bir müddət əvvəl "Russkiy pioner" qəzeti öz mənbələrinə istinadən M.Xodorkovskinin artıq Rusiyanı tərk etməsi barədə xəbər yaymışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti