Prezident İlham Əliyev: Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır (ƏLAVƏ OLUNUB) (FOTO)

Prezident İlham Əliyev: Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır (ƏLAVƏ OLUNUB) (FOTO)

Təfərrüatlar əlavə edilib (İlk xəbər 13:50-də yayılıb)

Azərbaycan, Bakı, 23 dekabr /Trend/

Dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfrans keçirilmişdir.

Trend-in məlumatına görə, dövlətimizin başçısı əvvəlcə 2011-2013-cü illərdə Bakı şəhərində və ətraf qəsəbələrdə həyata keçirilən yenidənqurma tədbirlərini əks etdirən fotostendlərlə tanış oldu. Fotostendlərdə paytaxtda və ətraf qəsəbələrdə sosial inkişaf və infrastruktur layihələrinin, o cümlədən turizm, mədəniyyət, sahibkarlığın inkişafı, həmçinin ətraf mühitin qorunması sahələrində həyata keçirilən çoxsaylı layihələr barədə məlumatlar verilir.

Prezident İlham Əliyev konfransı giriş nitqi ilə açdı. Dövlətimizin başçısı 2013-cü ildə Azərbaycanın uğurlu dinamik inkişafının təmin edildiyini, bu il ümumi daxili məhsulun təxminən 6 faiz, qeyri-neft sektorunun isə təxminən 10 faiz artdığını vurğuladı. "Bizim siyasətimizin əsas istiqaməti iqtisadi islahatlardır", - deyən dövlətimizin başçısı bu islahatların dünyanın aparıcı maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev vurğuladı ki, son 10 ildə fəal işlər nəticəsində Azərbaycanın siyasi, iqtisadi uğurları təmin edilmişdir: "Ən böyük nailiyyətlərimizdən biri isə BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimizdir".

"Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır", - deyən dövlətimizin başçısı vurğuladı ki, bu gün mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən Bakı dünyanın mərkəzlərindən birinə çevrilmişdir. Bununla da Azərbaycanın paytaxtı dünya xəritəsində öz layiqli yerini tutmuşdur. Bunu Bakıya gələn qonaqlar da təsdiqləyirlər.

Azərbaycan Prezidenti son 10 ildə regionların sosial-iqtisadi inkişafına dair iki dövlət proqramının qəbul olunduğunu, nəticədə bölgələrin inkişafında mühüm uğurlar qazanıldığını, eləcə də ölkə iqtisadiyyatına qoyulan sərmayələrin dinamik inkişafı təmin etdiyini bildirdi.

Dövlətimizin başçısı qeyd etdi ki, növbəti illər üçün də konkret proqramlar vardır və ölkəmizin dayanıqlı inkişafı gələcəkdə də təmin olunacaqdır. Azərbaycanın neft strategiyasına toxunan Prezident İlham Əliyev bu sahədə reallaşdırılan layihələrdən danışaraq qeyd etdi ki, bu yaxınlarda "Şahdəniz-2" layihəsinə start verilməsi gələcəkdə ölkəmizin müstəqil inkişafına daha bir töhfə olacaqdır.

Bakı şəhərinin təkcə mərkəzdən ibarət olmadığını vurğulayan Prezident İlham Əliyev inkişafın paytaxtımızın qəsəbə və kəndlərində də müşahidə edildiyini, şəhərin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurla icra olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, bu Proqramın əsas hədəfi qısa vaxtda Bakıda mövcud problemlərin həllinə nail olmaq idi və artıq bu istiqamətdə əhəmiyyətli nəticələr əldə edilmiş, böyük infrastruktur layihələri icra olunmuş, bu layihələr elektrik enerjisi, qazlaşdırma, su-kanalizasiya layihələrinin həyata keçirilməsini, istilik sisteminin bərpasını, yeni yolların çəkilməsini, sosial və ictimai zonaların yaradılmasını əhatə etmişdir.

Sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov və "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin sədri Yaşar Həsənov Dövlət Proqramı çərçivəsində görülən işlərlə bağlı məruzələrlə çıxış etdilər.

Konfransa yekun vuran Prezident İlham Əliyev bildirdi ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət Proqram"ının icrası şəhərimizin abadlaşması üçün böyük təkan olmuşdur. Dövlətimizin başçısı bundan sonra da Bakı və onun qəsəbələrinin infrastruktur məsələlərinə daha böyük diqqətin göstərilməsinin vacibliyini vurğuladı. Gələcəkdə yeni elektrik stansiyalarının tikintisi, qazlaşdırma, içməli su və kanalizasiya, istilik sistemi layihələrinin davam etdirilməsinin zəruriliyini bildirən Azərbaycan Prezidenti lift təsərrüfatının yenidən qurulması, yaşayış binalarının həyətlərinin abadlaşdırılması, yeni yolların, yol qovşaqlarının salınması, ictimai nəqliyyat sahəsində vəziyyətin yaxşılaşdırılması, yeni metro stansiyalarının tikilməsi ilə bağlı tapşırıqlarını verdi.

Prezident İlham Əliyev Bakıda yeni yaşayış binalarının tikintisinə nəzarətin gücləndirilməsinin vacibliyinə toxunaraq daha çox paytaxtda park və istirahət məkanlarının yaradılmasının diqqət mərkəzində saxlanmasının zəruriliyini bildirdi.

2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq baxımından gələn ilin həlledici il olacağını da vurğulayan dövlətimizin başçısı 2014-cü ildə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının qəbul ediləcəyini diqqətə çatdırdı.

"Azercell"dən koronavirusla savaşan tibb işçilərinə dəstək davam edir
"Azercell"dən koronavirusla savaşan tibb işçilərinə dəstək davam edir
"Twitter"in işində nasazlıqlar yaranıb
"Twitter"in işində nasazlıqlar yaranıb
Özəl internet resurslarına xəbərdarlıq: Saytların təhlükəsizlik tədbirlərini gücləndirin
Özəl internet resurslarına xəbərdarlıq: Saytların təhlükəsizlik tədbirlərini gücləndirin
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib
Azərbaycan könüllüləri erməni təcavüzündən zərər görmüş ailələrə baş çəkiblər (FOTO)
Paşinyan sülh tərəfdarı olmadığını bir daha açıq şəkildə bəyan etdi
İcbari tibbi sığorta üzrə fərdi uçotun aparılması qaydası müəyyənləşib
Ermənistan ordusunun gücünü itirdiyini anlayan Paşinyan əhalini silahlanmağa çağırıb
Bakı Ali Neft Məktəbinin tələbələri təqaüdlərini Silahlı Qüvvələrə Yardım Fonduna köçürdü
Qayanada yaşayan yeganə azərbaycanlıdan ikili standartlara etiraz (FOTO)
Nurlanə Əliyeva: Müşfiqin yadigarı - Dilbər Axundzadə (FOTO)
“AccessBank” hərbi qulluqçulara və cəbhə bölgəsinin sakinlərinə kömək edir (FOTO)
Ombudsman “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciət yayımlayıb
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin keçmiş üzvü Prezident İlham Əliyevə məktub göndərib
Tovuz sakinini küçədə döyüb öldürən şəxs saxlanıldı
Nurlanə Əliyeva: Qələbə bizimlədir (FOTO)
Ermənistana məxsus daha 3 PUA məhv edilib
Dənizdə dalğanın hündürlüyü 3 metrə çatıb - FAKTİKİ HAVA
DİN əhaliyə xəbərdarlıq edir
AZƏRTAC Ermənistanın Gəncəyə qanlı terror hücumları ilə bağlı dünyanın aparıcı xəbər agentliklərinə müraciət ünvanlayıb
Uzun illər işğal altında olan ərazilərimizdə yerləşən abidələrin əksəriyyəti ya erməniləşdirilib, ya da dağıdılıb - Dövlət Xidməti
Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə yanaşı, beynəlxalq hüququn tələblərini də yerinə yetirir - Deputat
Milli Məclis Dağlıq Qarabağla bağlı videoçarx hazırlayıb
Beynəlxalq təşkilatlar Ermənistanda silahlanmaya vaxtında düzgün qiymət verməyib - Arzu Nağıyev
Ordubadda qədim abidələr aşkarlanıb
Səfirlik: Bəzi saytların dəqiq olmayan məlumatlar yayması Qətər-Azərbaycan əlaqələrinə təsir etməyəcək
Gürcüstanda silahlı şəxs bankda bir neçə nəfəri girov götürüb
“Həkimlərimizi tanıyın!” - neyrocərrah Elçin Abbaszadə
Ceyhun Bayramov Moskvada Sergey Lavrovla görüşüb
"Qarabağın məşhur müəllimləri" layihəsinə başlanılır
İranda sutka ərzində 312 nəfər koronavirusdan ölüb
Abşeronda COVİD-19 əleyhinə növbəti reyd keçirildi – sürücülər cərimələndi (FOTO)
Azərbaycanda 714 nəfər COVID-19-a yoluxdu, 176 nəfər sağaldı, 7 nəfər vəfat etdi
Koronavirusa yoluxanların sayını sıfırlamağa məcburuq
Azərbaycan və Türkiyənin birgə uğuru: TANAP "ilin layihəsi" beynəlxalq mükafatını aldı (FOTO)
Azərbaycan dünyanın hərb tarixinə yeni səhifələr yazır - Naqif Həmzəyev
Qarabağ müharibəsi bitdikdən sonra Ermənistanda uzunmüddətli böhran başlayacaq - Ekspert
Türk Şurası Gənclər Platforması Azərbaycanı dəstəkləyən bəyanat qəbul edib (FOTO)
Azərbaycan beynəlxalq hüququ, ədaləti əməldə təmin edir - Politoloq
Azərbaycan bu müharibədə qalibiyyətə məhkumdur! - Kamaləddin Qafarov
Düşmənin atıb qaçdığı növbəti hərbi texnikalar (FOTO/VİDEO)
Bu il özünüməşğulluq proqramına cəlb olunanların sayı 8 minə yaxındır
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan BMT qətnamələrinin icrasına özü başlamaq məcburiyyətində qaldı - Politoloq
Əfqanıstanda viza izdihamı - 11 ölü
Ermənistanda məhkumlardan intiharçı dəstələr yaradılır
Xudafərin körpüsünün Azərbaycan tarixində xüsusi yeri var - Deputat
Azərbaycan ordusu status kvonu dəyişdi - Deputat
“Geri dönüş” adlı kompozisiya hazırlanıb (VİDEO)
Belarusda MDB-nin İcraiyyə Komitəsində keçirilən tədbirdə Ermənistanın işğalçılıq siyasəti pislənilib (FOTO)
Azərbaycanda qızıl və gümüş bahalaşıb
ENGİNET şirkəti “Güc BİRLİKdədir” deyib Gəncədə yaralanan uşaqlara yardım göndərdi (FOTO)
Terrorçu Ermənistan hakimiyyəti cəzalandırılmalıdır - Sevil Mikayılova (VİDEO)
Zəngilanın işğaldan azad edilməsi ölkəmizin mineral resurs istehsalını və ixracını artıracaq
KOBİA-nın Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi beynəlxalq assosiasiyaya üzv oldu
Sabahın hava proqnozu açıqlanıb
"Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı" adlı ixtisasartırma kursu başa çatıb
Rusiyada bir gündə 317 nəfər koronavirusun qurbanı oldu
Qazax sement zavodu Qarabağın azad edilmiş şəhərlərinin bərpası planları haqqında (FOTO)
Toy kasetimizi, fotoalbomu torpağa basdırdıq, düşünürdük ki, bir neçə gün sonra geri qayıdacağıq - Zəngilan sakini (FOTO)
Bəziləri deyirdilər ki, bu qədər silah-sursat nəyimizə lazımdır, onsuz da müharibə aparmayacağıq... - Deputat
Ermənistanın növbəti PUA-sı məhv edilib
Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda 4 yarımstansiyanın tikilməsi nəzərdə tutulub
Ermənistanda koronavirusdan rekord sayda ölüm qeydə alındı
Məktəb direktoru olmaq üçün 2256 namizəd imtahan verəcək
YAP Gəncədə erməni terroru nəticəsində valideynlərini itirmiş uşaqlara təqaüd verəcək (FOTO)
Türk Şurasından dəstək: Biz bu savaşda Azərbaycanın yanındayıq
22 iranlı həkim könüllü fəaliyyət üçün Azərbaycana müraciət edib
Vəhşi heyvan və quş növlərinin ovu dayandırılıb
Baş Prokurorluq xarici ölkə vətəndaşlarına xəbərdarlıq etdi (VİDEO)
İmtahanlarda qiymətləndirmə vasitələrinin hazırlanmasında iştirak etmək istəyənlər üçün kurslar keçiriləcək
BMT-nin qətnamələrini Azərbaycan özü icra edir
Ceyhun Bayramov Moskvaya gedib
Ermənistana qarşı vaxtında sanksiya tətbiq edilsəydi, indiki vəziyyət yaranmazdı - Deputat
Ermənilər Kaliforniyada azərbaycanlılara qarşı vandalizm aktı törədib (FOTO)
Cəbrayıl rayonunun işğaldan azad olunan Çərəkən kəndi (VİDEO)
Erməni təxribatı nəticəsində ölən və yaralanan dinc sakinlərin sayı açıqlanıb
Prezidentə yazırlar: Siz Ali Baş Komandan kimi öz gücünüzü bütün dünyaya bir daha sübut etdiniz
Antalyada Gəncə terroruna etiraz aksiyası keçirilib (FOTO)
Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB
Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb - MN
Gecə və gündüz artilleriya atışları (VİDEO)
Güzəştli limit həddini keçən qaz abonentlərinin sayı açıqlanıb
Azərbaycana məxsus hərbi təyyarə vurulmayıb - MN
Son günlər yoluxmaların artması həyəcan siqnalıdır - Psixoloq
Dünən Ermənistan 6 şəhərimizə 498 mərmi atıb - Hikmət Hacıyev
Kardaşyanın ianələri ilə ayaqda durmağa çalışan Ermənistanla, güclü iqtisadiyyata sahib Azərbaycan bir deyil - Rufiz Hafizoğlu "Əl-Cəzirə" telekanalına açıqlama verib (FOTO/VİDEO)
Şəmkir sakini küçədə bıçaqlandı
Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edir - Nazir
Dövlət qulluğuna qəbul imtahanlarına qeydiyyat başa çatır
General-mayor Emin Şəkinski vəfat etdi
Ordumuzun zəfəri hərbi quruculuq siyasətinin məntiqi nəticəsidir - Deputat
TAP hidrogen və biometan nəql etmək gücündədir
Ermənistan sivil və dinc hüquqi fəaliyyət prinsiplərindən çox uzaq düşüb - Ekspert
Oktyabrın 21-də xarici valyutaların manata qarşı məzənnələri
Bəzi sahələrdə Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib - Ermənistan Müdafiə Nazirliyi
Tərtər rayonu atəşə tutulur
Düşmənin artilleriya rəisi, divizion komandiri və tabor komandiri məhv edilib - MN
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Dünyanın ən bahalı geyim brendi açıqlanıb
Tonqa krallığı sahillərində zəlzələ baş verib
Perunun tanınmış dövlət xadimi Azərbaycana öz dəstəyini ifadə edib
ABŞ-ın Minsk Qrupunun həmsədri qismində fəaliyyəti ABŞ mətbuatında müzakirə olunub
Bütün xəbərlər