...

Əhməd Davudoğlu: Türkiyənin Suriyaya münasibətdə mövqeyi dəyişməyib

Siyasət Materials 10 Yanvar 2014 14:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir R.Hafizoğlu/

Bəşşar Əsəd Suriyada bütün faciələrin səbəbkarıdır. Trend-in cümə günü "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.

Onun sözlərinə görə, Türkiyənin Suriyaya münasibətdə mövqeyi dəyişməz olaraq qalıb.

Ə.Davudoğlu deyib ki, dünyada bəzi qüvvələr "əl-Qaidə" terror təşkilatının köməyi ilə Suriya xalqını seçim qarşısında qoymağa çalışırlar: "Əl-Qaidə ilə bağlı qruplaşmalar Suriyada rejim ilə mübarizə aparmırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti