Azərbaycan, Bakı, 3 fevral /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Mahinda Racapaksaya təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə Şri-Lanka arasındakı münasibətlər inkişaf edərək dostluğumuzun möhkəmlənməsinə, əməkdaşlığımızın genişlənməsinə töhfələr verəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına daim əmin-amanlıq və rifah diləyirəm".