...

Abdullah Gül qalmaqallı internet qanununu təsdiqlədi

Siyasət Materials 18 Fevral 2014 23:40 (UTC +04:00)
Türkiyə Prezidenti Abdullah Gül ölkədə internet saytlarına nəzarəti gücləndirməyi nəzərdə tutan qanunu təsdiq edib.
Abdullah Gül qalmaqallı internet qanununu təsdiqlədi

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Türkiyə Prezidenti Abdullah Gül ölkədə internet saytlarına nəzarəti gücləndirməyi nəzərdə tutan qanunu təsdiq edib. Trend-in "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə dövlət başçısı şəxsi "Twitter" səhifəsində yazıb.

Türkiyə parlamentinin təsdiq etməsindən sonra qanunun qüvvəyə minməsi üçün sənədi Prezident imzalamalı idi.

Müxalifətin etirazına səbəb olan qanun hökumətə məhkəmə qərarı olmadan internet səhifələrini bağlamaq səlahiyyəti verir.

Qeyd edək ki, Türkiyədə hökumətin internetə nəzarətini artıracaq bu qanunla bağlı etiraz aksiyası da keçirilib.

Xəbər lenti

Xəbər lenti