...

Yanukoviç qəsdən adam öldürmədə şübhəli bilinir

Siyasət Materials 25 Fevral 2014 20:53 (UTC +04:00)
Viktor Yanukoviç Cinayət Məcəlləsinin qəsdən öldürmə maddəsi üzrə şübhəli bilinərək axtarışa verilib.
Yanukoviç qəsdən adam öldürmədə şübhəli bilinir

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Viktor Yanukoviç Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi üzrə şübhəli bilinərək axtarışa verilib. Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu baş prokurorun səlahiyyətlərini icra edən Oleq Maxnitski jurnalistlərə deyib.

O.Maxnitski qeyd edib ki, keçmiş prezident V.Yanukoviçin şübhəli bilinməsi barədə məlumatı var: "O, axtarışa verilib. Yanukoviç ağırlaşdırıcı şərtlərlə kütləvi qətl maddəsi üzrə şübhəli bilinir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti