...

İranın Azərbaycandakı səfiri Penitensiar xidmətin rəisi ilə görüşüb (FOTO)

Siyasət Materials 4 Mart 2014 12:06 (UTC +04:00)
Azərbaycanın ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev İranın Azərbaycandakı səfiri Möhsün Pakayinlə görüşüb.
İranın Azərbaycandakı səfiri Penitensiar xidmətin rəisi ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir T.Cəfərov/

Azərbaycanın ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev İranın Azərbaycandakı səfiri Möhsün Pakayinlə görüşüb. Bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəisi Məhəmməd Ayətullahi bu gün Trend-ə deyib.

Ayətullahinin sözlərinə görə, görüşdə iki ölkə arasında ədliyyə sahəsində beynəlxalq və ikitərəfli sahədə görülmüş işlər və gələcək əməkdaşlıq barəsində fikir mübadiləsi aparılıb.

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin görüşün baş tutmasına görə öz minnətdarlığını bildirib, Azərbaycanın cəzaçəkmə müəssisələrindəki İran vətəndaşlarının saxlanma şəraitindən, eləcə də onlarla mütəmadi görüş üçün səfirlik əməkdaşlarına yaradılmış şəraitdən məmnun olduğunu bəyan edib.

Görüşdə Ədliyyə Nazirliyinin məsul əməkdaşları da iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti