...

Fətullah Gülən Kanadadan siyasi sığınacaq istəyib

Siyasət Materials 13 Mart 2014 14:46 (UTC +04:00)
Hazırda ABŞ-da yaşayan türkiyəli ictimai din xadimi Fətullah Gülən Kanadadan siyasi sığınacaq istəyib.
Fətullah Gülən Kanadadan siyasi sığınacaq istəyib

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir R.Hafizoğlu/

Hazırda ABŞ-da yaşayan türkiyəli ictimai din xadimi Fətullah Gülən Kanadadan siyasi sığınacaq istəyib. Bu barədə Trend cümə axşamı "Sabah" qəzetinə istinadən məlumat verir.

F.Gülən bu barədə qərara Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın onun ABŞ-dan ekstradisiyasının mümkünlüyünü qeyd etdikdən sonra gəlib.

F.Gülən Yeni Zelandiyadan da siyasi sığınacaq istəyib. Hər iki ölkə siyasi sığınacaq verməkdən imtina edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti