Azərbaycan, Bakı, 15 mart /Trend/
ABŞ-ın "Corc Buş" atom təyyarə gəmisi, raket kreyseri və iki esminesi Ukraynadakı vəziyyətlə əlaqədar hələ bir neçə gün Aralıq dənizinin şərqində qalacaq.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Stiv Uarren deyib.
Polkovnik qeyd edib: "Biz əlavə təlimlər keçmək, həmçinin dənizdə imkanları genişləndirmək üçün Aralıq dənizində hələ bir neçə gün əməliyyatları davam etdirəcəyik".