...

Baş Konsulluq: Pasportu yanan Azərbaycan vətəndaşlarının vətənə qayıtması üçün aidiyyəti orqanlar tərəfindən lazımi işlər görülür

Siyasət Materials 14 Aprel 2014 11:40 (UTC +04:00)
Pasportu yanan Azərbaycan vətəndaşlarının Azərbaycana qayıtması üçün aidiyyəti orqanlar tərəfindən lazımi işlər görülür.
Baş Konsulluq: Pasportu yanan Azərbaycan vətəndaşlarının vətənə qayıtması üçün aidiyyəti orqanlar tərəfindən lazımi işlər görülür

Azərbaycan, Bakı, 14 aprel /Trend müxbir T.Cəfərov/

Pasportu yanan Azərbaycan vətəndaşlarının Azərbaycana qayıtması üçün aidiyyəti orqanlar tərəfindən lazımi işlər görülür. Bunu Trend-ə Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan bildiriblər.

İran Xarici İşlər Nazirliyinin Ərdəbil əyaləti üzrə nümayəndəsi Bəhruz Zare Mirzayi Trend-ə deyib ki, pasportu yanan Azərbaycan vətəndaşları hazırda sərhəddədirlər və onların tez bir zamanda vətənə qayıtmaları istiqamətində iş aparılır.

Qeyd edək ki, ötən gün İranın Sərçəm-Ərdəbil magistral yolunda yanmış avtobusda 29 Azərbaycan vətəndaşı olub, onlar da Məşəd ziyarətindən vətənə qayıdırmışlar. Yanğın nəticəsində 9 Azərbaycan vətəndaşının xarici pasportu yanıb.

Pasportu yanmış şəxslərin vətənə qayıtması üçün İranın XİN-in Ərdəbildəki nümayəndəliyi Azərbaycanın Təbrizdəki Baş Konsulluğu ilə birgə müvafiq işlər görüb. Onlar ötən axşam İran sərhədini keçsələr də, Azərbaycan sərhədindən keçərək vətənə qayıtmaları mümkün olmayıb.

Qeyd edək ki, azərbaycanlı zəvvarlarının da olduğu İraqın Kərbəla şəhərinin ziyarətindən vətənə geri dönən avtobus İranın Ərdəbil əyalətində yanıb. İranın Qırmızı Aypara Cəmiyyətinin sözçüsü Hüseyn Derəxşan deyib ki, 41 nəfər xəsarət alıb. Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alanlardan dörd nəfərinin vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilib, 37 nəfər isə yüngül xəsarət aldıqları üçün ambulator müayinə olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti