...

AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycanda səfərdədirlər

Siyasət Materials 19 May 2014 12:13 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrex Azərbaycanda səfərdədirlər.
AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycanda səfərdədirlər

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir S.Əhmədova/

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrex Azərbaycanda səfərdədirlər. Bu barədə Trend-ə AŞ PA-nın Bakıdakı ofisindən bildirilib.

Səfərin mayın 21-nə kimi davam edəcəyi gözlənilir.

Həmməruzəçilərin faktaraşdırıcı səfərləri zamanı Azərbaycanın dövlət rəhbərliyi, ədliyyə və daxili işlər nazirləri və baş prokurorla görüşəcəyi gözlənilir.

Həmməruzəçilərin, həmçinin siyasi partiyaların nümayəndələri, Ali Məhkəmənin sədri və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti ilə görüşləri nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti