Azərbaycan, Bakı, 19 may /Trend/
Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya Ukrayna sərhədində təlimlərdə iştirak edən qoşunların daimi dislokasiya yerlərinə qaytarılması barədə əmr verib. Trend-in məlumatına görə, bu barədə "İnterfaks" Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.
Rostov, Belqorod və Bryanskdakı poliqonlarda yerdəyişməni və planlı yaz hazırlığı mərhələsini keçmiş qoşunların hazırlığının tamamlanması ilə əlaqədar V.Putin müdafiə nazirinə təlimlərdə iştirak etmiş qoşunları daimi dislokasiya yerlərinə qaytarmaq və döyüş hazırlığını yaxındakı poliqonlarda davam etdirmək əmri verib.