...

Ərdoğan xaricdə yaşayan Türkiyə vətəndaşlarını prezident seçkilərində iştirak etməyə çağırır

Siyasət Materials 20 İyun 2014 16:35 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan xaricdə yaşayan ölkə vətəndaşlarını prezident seçkilərində iştirak etməyə çağırır.
Ərdoğan xaricdə yaşayan Türkiyə vətəndaşlarını prezident seçkilərində iştirak etməyə çağırır

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan xaricdə yaşayan ölkə vətəndaşlarını prezident seçkilərində iştirak etməyə çağırır.

Trend-in cümə günü "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, R.T.Ərdoğan deyib ki, Türkiyədə qarşıdakı prezident seçkiləri parlamentin deyil, məhz xalqın öz prezidentini seçəcəyi ilə fərqlənir: "Seçkilərdə hər bir səs önəm daşıyır".

Qeyd edək ki, bu ilin avqustun 10-na təyin edilmiş prezident seçkilərinin I turunda namizədlərdən heç biri 51 faiz səs toplamasa, avqustun 24-də II tur keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti