...

Telekanal: Xaricdə Türkiyə prezidenti seçkilərində seçicilərin iştirakı on faizə yaxındır

Siyasət Materials 4 Avqust 2014 10:55 (UTC +04:00)
Türkiyədə prezident seçkiləri çərçivəsində xaricdə seçicilərin iştirakı on faizə yaxındır.
Telekanal: Xaricdə Türkiyə prezidenti seçkilərində seçicilərin iştirakı on faizə yaxındır

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə prezident seçkiləri çərçivəsində xaricdə seçicilərin iştirakı on faizə yaxındır. Bu barədə Trend bazar ertəsi "Haber7" telekanalına istinadən xəbər yayıb.

Ən aşağı göstərici Avropa ölkələrində qeydə alınıb.

Bir müddət əvvəl Türkiyə Baş nazirinin müavini Əmrullah İşlər bildirmişdi ki, xaricdəki bəzi Türkiyə vətəndaşları öz demokratik seçki hüquqlarını həyata keçirə bilməyərək prezident seçkilərində səs verə bilməyiblər. Onun sözlərinə görə, bu, xaricdə prezident seçkiləri üzrə səsvermənin ilk dəfə keçirilməsi ilə bağlı ola bilər.

Ə.İşlər qeyd edib ki, xaricdə yaşayan Türkiyə vətəndaşlarının Mərkəzi Seçki Komissiyasının (MSK) saytında onlayn qeydiyyatdan keçmələri üçün hər cür şərait yaradılsa da, saytda qeydiyyata alınan seçicilərin sayı 10 faizdən azdır.

Avqustun 3-də prezident seçkiləri üzrə Türkiyənin Albaniya, Azərbaycan, Bəhreyn, Bosniya və Herseqovina, Çexiya, Finlandiya, Gürcüstan, İran, İrlandiya, İspaniya, Küveyt, Misir, Özbəkistan, Polşa, Sudan, Tunis, Ukrayna, Oman, İordaniya, Yeni Zelandiya kimi ölkələrdə yaşayan vətəndaşları səs veriblər. Qeyd edək ki, iyulun 31-də xaricdə yaşayan Türkiyə vətəndaşları üçün prezident seçkiləri çərçivəsində səsvermə keçirilib.

Türkiyədə prezident seçkiləri bu il avqustun 10-na təyin edilib. Namizədlərdən heç biri səslərin 51 faizini toplaya bilməsə, avqustun 24-də ikinci tur keçiriləcək.

Hakim Ədalət və İnkişaf Partiyası Türkiyə prezidenti postuna Baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürüb.

İyunun 16-da isə Cümhuriyyət Xalq Partiyası (CHP) İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlunu prezident postuna namizəd kimi irəli sürmüşdü.

Prezident seçkiləri zamanı səsvermədə 53 ölkədə yaşayan və ümumi sayı 2 790 408 nəfər olan Türkiyə vətəndaşları iştirak edə biləcəklər.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri bu il avqustun 10-na təyin edilib. Namizədlərdən heç biri səslərin 51 faizini toplaya bilməsə, avqustun 24-də ikinci tur keçiriləcək.

Hakim Ədalət və İnkişaf Partiyası Türkiyə prezidenti postuna Baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürüb.

İyunun 16-da isə Cümhuriyyət Xalq Partiyası (CHP) İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlunu prezident postuna namizəd kimi irəli sürmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti