...

Türkiyə Baş nazirinin müavini prezident seçkilərinin ikinci turuna ehtiyac olmayacağını hesab edir

Siyasət Materials 7 Avqust 2014 13:41 (UTC +04:00)
Türkiyə Baş nazirinin müavini Əmrullah İşlər hesab edir ki, prezident seçkilərinin ikinci turuna ehtiyac olmayacaq. Bu barədə Trend cümə axşamı Türkiyənin "TRT Haber" telekanalına istinadən xəbər yayıb.
Türkiyə Baş nazirinin müavini prezident seçkilərinin ikinci turuna ehtiyac olmayacağını hesab edir

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Baş nazirinin müavini Əmrullah İşlər hesab edir ki, prezident seçkilərinin ikinci turuna ehtiyac olmayacaq. Bu barədə Trend cümə axşamı Türkiyənin "TRT Haber" telekanalına istinadən xəbər yayıb.

Onun sözlərinə görə, prezident seçkilərində müxaliftdən olan yeganə namizəd [Ekmeleddin İhsanoğlu] Baş nazir Rəcəb Tayyib Ərdoğana rəqib deyil.

İşlər, həmçinin qeyd edib ki, İhsanoğlu istisnasız olaraq ABŞ-da yaşayan ictimai din xadimi Fətullah Gülənin təlimatına uyğun hərəkət edir: "İhsanoğlu və Gülən hərəkatı dindən siyasi məqsədlər üçün istifadə edirlər".

Onun sözlərinə görə, Türkiyədə Baş nazir prezident seçkilərində qalib gəldikdən sonra ölkədə dindən öz məqsədləri üçün istifadə edən qüvvələrlə məsələni həll edəcək.

Türkiyədə prezident seçkiləri bu il avqustun 10-na təyin edilib. Namizədlərdən heç biri səslərin 51 faizini toplaya bilməsə, avqustun 24-də ikinci tur keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti