...

Türkiyənin Baş naziri seçici fəallığının yüksək olacağına ümid edir

Siyasət Materials 10 Avqust 2014 16:53 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən prezident seçkilərində seçici fəallığının yüksək olacağına ümidvar olduğunu bildirib.
Türkiyənin Baş naziri seçici fəallığının yüksək olacağına ümid edir

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən prezident seçkilərində seçici fəallığının yüksək olacağına ümidvar olduğunu bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "TRT Haber" telekanalı xəbər verib.

Baş nazir qeyd edib ki, ölkədə keçirilən prezident seçkiləri Türkiyənin gələcəyi üçün çox önəmlidir.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da artıq səsvermədə iştirak edib.

Türkiyədə bazar günü yerli vaxtla saat 08:00-da sayca 12-ci prezident seçkilərində səsvermə başlayıb.

2007-ci ildə baş tutmuş referendumun nəticələrinə əsasən, əvvəlki prezident seçkiləri ilə müqayisədə Türkiyə Prezidentini 2014-cü ildən parlament deyil, xalq əvvəlki 7 il əvəzinə 5 il müddətinə seçir.

Türkiyədə 53 milyon 17 min 214 seçici var.

Prezident seçkiləri yerli vaxtla saat 17:00-dək davam edəcək. Seçkilər günü ölkədə istənilən əyləncə proqramı və spirtli içkilərin satışı qadağan olunub.

Türkiyədə prezident seçkilərinin gedişi haqqında rəsmi informasiya yalnız Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatı hesab oluncaq. Həmin məlumatlar yerli vaxtla 08:00-dən saat 21:00-dək MSK tərəfindən yayılacaq.

Avqustun 11-də seçkilərin ilkin nəticələri elan ediləcək. Türkiyə MSK avqustun 15-də prezident seçkilərinin rəsmi nəticələrini açıqlayacaq.

Prezident seçkilərində seçicilər 3 namizədə səs verirlər: Hakim Ədalət və İnkişaf Partiyası Baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürüb. Cümhuriyyət Xalq Partiyası (CHP) İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlunu prezident postuna namizəd kimi irəli sürüb. Prezidentliyə üçüncü namizəd isə kürdyönümlü sabiq Sülh və Demokratiya Partiyasının (BDP) hazırkı "Xalqların Demokrat Partiyası" (HDP) sədri Səlahəddin Dəmirdaşdır.

I turda namizədlərdən heç biri 51 faiz səs toplamasa, avqustun 24-də prezident seçkilərinin II turu keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti