Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyədə yeni müvəqqəti baş nazirin təyin ediləcəyi vaxt açıqlanıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat verib.
Məlumata görə, yeni müvəqqəti baş nazir hakim partiyanın toplantısı zamanı avqustun 27-də təyin olunacaq.
Məlumatda o da bildirilir ki, müvəqqəti baş nazir vəzifəsində 2015-ci ilin iyun ayında keçiriləcək parlament seçkilərinə qədər olacaq.