...

Novruz Məmmədov: Qərbdə Azərbaycanla bağlı obyektiv məqalə yazanlara qarşı kampaniya elan edilib

Siyasət Materials 18 Sentyabr 2014 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir Səbinə Əhmədova/

Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ-ın "Vaşinqton Post" ("The Washington Post") qəzetini Azərbaycana qarşı təbliğat aparmaqda suçlayıb.

Trend-in məlumatına görə, N.Məmmədov "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb: "Vaşinqton Post" harada yerləşdiyini bilmədiyi halda, bu ölkə haqqında "dəqiq məlumatları", görəsən, kimdən alır?"

N.Məmmədov qeyd edib ki, Qərbdə Azərbaycanla bağlı obyektiv məqalə yazanlara qarşı kampaniya elan edilib: "Bu demokratiyadır?"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti