Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyədə ABŞ-ın "Sikorsky" şirkəti ilə birlikdə hərbi helikopterlərin istehsalı üzrə birgə müəssisə yaradılır. Trend xəbər verir ki, bu barədə cümə günü Türkiyənin "Sabah" qəzeti məlumat yayıb.
ABŞ-Türkiyə birgə müəssisəsinin istehsal edəcəyi hərbi helikopterlər Afrika və Yaxın Şərq ölkələrinə satılacaq.
Hərbi helikopterlərin istehsalı üzrə BM Ankarada yerləşəcək.
Bununla əlaqədar "Sikorsky" şirkətinin Türkiyədə öz rəsmi nümayəndəliyini açacağı planlaşdırılır.
Bir müddət əvvəl xəbər verilmişdi ki, Türkiyədə ABŞ-ın "Sikorsky" şirkəti ilə birlikdə hərbi helikopterlərin istehsalı üzrə birgə müəssisənin bu ilin birinci yarısında yaradılacağı planlaşdırılır.