...

Misir Azərbaycan vətəndaşları üçün viza rejimini çətinləşdirdi

Siyasət Materials 8 Oktyabr 2014 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir Səbinə Əhmədova/

Misir Azərbaycan vətəndaşları üçün viza rejimini çətinləşdirib.

Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, daha əvvəl Azərbaycan vətəndaşları Misirin Xurqada və Şarm-Əl Şeyx şəhərlərinə vizanı həm Misirin Azərbaycandakı səfirliyində, həm də sözügedən şəhələrin aeroportlarında ala bilirdilər. Lakin artıq bu, mümkün olmayacaq. Belə ki, artıq Azərbaycan vətəndaşları Misirin bütün şəhərlərinə səyahət etmədən öncə vizanı yalnız Misirin Azərbaycandakı səfirliyindən ala biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti