...

Azərbaycanla Çexiya arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Siyasət Materials 14 Oktyabr 2014 17:03 (UTC +04:00)
Azərbaycanla Çexiya arasında əlaqələrin bütün istiqamətlərdə, o cümlədən iqtisadi, mədəni, elm və təhsil sahələrində genişləndirilməsi önəmlidir.
Azərbaycanla Çexiya arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanla Çexiya arasında əlaqələrin bütün istiqamətlərdə, o cümlədən iqtisadi, mədəni, elm və təhsil sahələrində genişləndirilməsi önəmlidir. Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə Milli Məclisin sədr müavini, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Valeh Ələsgərov işçi qrupunun üzvləri ilə görüşdə deyib.

V.Ələsgərov Azərbaycanla Çexiya arasında münasibətlərin qarşılıqlı etimad əsasında qurulduğunu və hər iki ölkənin eyni dəyərləri bölüşdüyünü deyib.

O, ikitərəfli münasibətlərin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyət kəsb etdiyini vurğulayıb. Milli Məclisin sədr müavini, həmçinin qonaqlara son illərdə Azərbaycanda əldə edilən iqtisadi nailiyyətlər, həyata keçirilən iri layihələr barədə məlumat verib.

Çexiya parlamentinin Deputatlar Palatası sədrinin müavini Voytex Filip isə qeyd edib ki, Azərbaycanla Çexiya arasında əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlığın böyük rolu var. Onun sözlərinə görə, bu baxımdan hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qruplarının üzərinə mühüm vəzifələr düşür.

V.Filip Çexiyanın və Azərbaycanın oxşar tarixə malik ölkələr olduqlarını söyləyib. O, Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin, xüsusilə parlamentlərarası münasibətlərin inkişafına töhfə verəcəyinə inandığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti