...

Volkan Bozkır: Avropa İttifaqına daxil olmaq Ankaranın prioriteti olaraq qalır

Siyasət Materials 15 Oktyabr 2014 10:08 (UTC +04:00)
Avropa İttifaqına daxil olmaq daima Ankaranın prioriteti olub və bu, belə də qalacaq.
Volkan Bozkır: Avropa İttifaqına daxil olmaq Ankaranın prioriteti olaraq qalır

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir Rufi Hafizoğlu/

Avropa İttifaqına daxil olmaq daima Ankaranın prioriteti olub və bu, belə də qalacaq. Bunu Türkiyənin Aİ işləri üzrə naziri Volkan Bozkır bəyan edib. Trend xəbər verir ki, bu barədə çərşənbə günü "Kanal7" telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, Ankara ilə Aİ arasında münasibətlər ümumi hədəf və vəzifələr olduqca əvvəlki səviyyədə qalacaq.

Nazir bildirib ki, ümumi hədəflər Türkiyə və Aİ-nin yaxınlaşmasına yardım edir və ölkə Aİ-nin tamhüquqlu üzvü olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti