...

İlham Əliyev Fransa Prezidentinə başsağlığı verib

Siyasət Materials 21 Oktyabr 2014 17:21 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollanda başsağlığı məktubu ünvanlayıb.
İlham Əliyev Fransa Prezidentinə başsağlığı verib

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollanda başsağlığı məktubu ünvanlayıb.

Başsağlığı məktubunda deyilir: "Hörmətli cənab Prezident, "Total" şirkətinin Direktorlar Şurasının sədri və prezidenti Kristof dö Marjerinin təyyarə qəzasında həlak olması xəbəri məni olduqca sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyirəm".

Prezident İlham Əliyev "Total" şirkətinin Direktorlar Şurasının sədri və prezidenti Kristof dö Marjerinin ailəsinə də başsağlığı verib.

Başsağlığında qeyd olunur: "Total" şirkətinin Direktorlar Şurasının sədri və prezidenti Kristof dö Marjerinin təyyarə qəzasında həlak olması xəbəri məni olduqca sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir və səbir diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti