...

ABŞ Dövlət Departamentinin xüsusi müşaviri Azərbaycana gəlir

Siyasət Materials 25 Oktyabr 2014 13:50 (UTC +04:00)
ABŞ Dövlət Departamentinin qlobal gənclər məsələləri üzrə xüsusi müşaviri Endryu Reybens Azərbaycana səfərə gəlir.
ABŞ Dövlət Departamentinin xüsusi müşaviri Azərbaycana gəlir

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir Səbinə Əhmədova/

ABŞ Dövlət Departamentinin qlobal gənclər məsələləri üzrə xüsusi müşaviri Endryu Reybens Azərbaycana səfərə gəlir.

Bu barədə Trend ABŞ-ın Azərbaycandakı səfirliyinin sosial şəbəkədəki səhifəsinə istinadən məlumat verir.

E.Reybensin Azərbaycana səfərinin məqsədi oktyabrın 28-30-da Gənclər və İdman Nazirliyi tərəfindən Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının 1-ci Qlobal Gənclər məsələləri üzrə Konfransında iştirak etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti