...

MSK: Özbəkistanda parlament seçkiləri baş tutdu

Siyasət Materials 21 Dekabr 2014 13:40 (UTC +04:00)
Bu gün Özbəkistanda parlamentin aşağı palatasına - qanunvericilik palatası olan Oliy məclisinə və yerli hakimiyyət orqanlarına seçkilərində saat yerli vaxtla saat 13:00 üçün siyahıya daxil edilmiş seçicilərin 57,08 faizi səs verib.
MSK: Özbəkistanda parlament seçkiləri baş tutdu

Özbəkistan, Daşkənd, 21 dekabr /Trend, müxbir Dəmir Əzizov/

Bu gün Özbəkistanda parlamentin aşağı palatasına - qanunvericilik palatası olan Oliy məclisinə və yerli hakimiyyət orqanlarına seçkilərində saat yerli vaxtla saat 13:00 üçün siyahıya daxil edilmiş seçicilərin 57,08 faizi səs verib.

Trend-in məlumatına görə, bunu Özbəkistanın Mərkəzi Seçki Komitəsinin sədri Mirzo-Uluqbek Abdulsalomov bildirib.

Ölkə qanunvericiliyinə əsasən, siyahıya daxil edilmiş seçicilərin ən azı 33 faizinin iştirakı zamanı seçki baş tutmuş hesab edilir, Abdulsalomov bildirib.

Parlamentə seçkilər üzrə seçki kampaniyasına sentyabrın 15-də start verilib. Seçki qanunvericiliyinə uyğun olaraq, 135 seçki dairəsi, 9 milyon 35 min seçki məntəqəsi yaradılıb. Bundan başqa, Özbəkistanın xarici dövlətlərdəki nümayəndəliklərində 44 seşki məntəqəsi təşkil edilib.

Seçicilərin tam sıyahısı (cəmi 20 789 572 vətəndaş) tərtib olunub. Ölkə əhalisinin sayı təqribən 31 milyon nəfərdir.

Seçkilərin ilkin nəticəsi dekabrın 22-də açıqlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti