...

Azərbaycan hərbçiləri bir sıra ikitərəfli və çoxtərəfli hərbi təlimlərdə iştirak edəcəklər

Siyasət Materials 16 Yanvar 2015 13:50 (UTC +04:00)
Bu il Azərbaycan hərbçiləri Türkiyə, Rusiya və Qazaxıstan Silahlı Qüvvələrinin iştirakı ilə ikitərəfli və çoxtərəfli birgə hərbi təlimlərdə iştirak edəcəklər.
Azərbaycan hərbçiləri bir sıra ikitərəfli və çoxtərəfli hərbi təlimlərdə iştirak edəcəklər

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İlkin İzzət/

Bu il Azərbaycan hərbçiləri Türkiyə, Rusiya və Qazaxıstan Silahlı Qüvvələrinin iştirakı ilə ikitərəfli və çoxtərəfli birgə hərbi təlimlərdə iştirak edəcəklər.

Trend Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 2015-ci ildə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iştirakı ilə Türkiyədə iki hərbi təlimin keçirilməsi nəzərdə tutulur.

"IŞIK-2015" və "Anadolu Kartalı-2015" adlanan Hərbi Hava Qüvvələri təlimlərində iki ölkənin hərbiçilərinin birgə əməliyyatlar keçirmə imkanları artırılacaq.

Eyni zamanda, Türkiyə Silahlı Qüvvələrində keçiriləcək Milli Təlimlərdə Azərbaycan Silahlı Qüvvələrinin heyətinin iştirakı da planlaşdırılır.

Bundan başqa, Xəzər dənizində Azərbaycan-Rusiya və Azərbaycan-Rusiya-Qazaxıstan birgə təlimlərinin keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti