...

Müsavat Partiyasının daha bir üzvü istefa verdi (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 3 Fevral 2015 17:30 (UTC +04:00)
Müsavat Partiyasının daha bir üzvü Məmməd Zeynalov partiyanın apardığı siyasətə etiraz edərək istefa verib.
Müsavat Partiyasının daha bir üzvü istefa verdi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Müsavat Partiyasının daha bir üzvü Məmməd Zeynalov partiyanın apardığı siyasətə etiraz edərək istefa verib.

Trend-in məlumatına görə, bu barədə M.Zeynalov öz "facebook" səhifəsində bəyanat yayıb.

Bəyanatda qeyd olunur: "Musavat Partiyasının apardığı yarıtmaz siyasətə etiraz əlaməti olaraq partiyanın sıralarından istefa verir və bu gündən etibarən siyasətlə məşğul olmayacağımı bəyan edirəm. Arqumentimi əsaslandırmaq üçün İsa Qəmbər və Mustafa Hacıbəylidən başqa, istənilən partiya funksioneri ilə debata hazıram".

Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı isə Trend-ə açıqlamasında M.Zeynalov adlı üzvü tanımadığını deyib: "Müsavat Partiyasında belə bir tanınmış adam tanımıram. Yəni belə bir üzv varsa, təşkilat şöbəsində dəqiqləşdirib məlumat verərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti