...

Polşa səfiri etimadnaməsinin surətini təqdim etdi (FOTO)

Siyasət Materials 18 Fevral 2015 18:28 (UTC +04:00)
Xarici İşlər Naziri Elmar Məmmədyarov Polşanın Azərbaycana yeni təyin olunmuş səfiri Marek Tsalkanı qəbul edib.
Polşa səfiri etimadnaməsinin surətini təqdim etdi (FOTO)

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Xarici İşlər Naziri Elmar Məmmədyarov Polşanın Azərbaycana yeni təyin olunmuş səfiri Marek Tsalkanı qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə M.Tsalka etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

Səfir diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

E.Məmmədyarov səfir M.Tsalkaya diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti