...

İlham Əliyev Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi ilə bəzi məsələləri müzakirə etdi

Siyasət Materials 24 Fevral 2015 14:02 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi Stavros Lambrinidisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İlham Əliyev Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi ilə bəzi məsələləri müzakirə etdi

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi Stavros Lambrinidisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-in məlumatına görə, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu və bu əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsinin önəmi qeyd edildi.

Söhbət zamanı əməkdaşlığımızın iqtisadi, enerji, nəqliyyat, insan hüquqları, demokratiya və digər sahələrdə vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti