...

Azay Quliyev USAİD-in nümayəndəsinə Xocalı soyqırımının tanıdılmasına görə təşəkkürünü bildirib

Siyasət Materials 4 Mart 2015 18:22 (UTC +04:00)
QHT-lərə Dövlət Dəstəyi Şurasında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avropa və Avrasiya üzrə direktor müavini xanım Suzan Fritz, ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan, səfirliyin siyasi müşaviri Daniel Slaşer və agentliyin əməkdaşı Robert Lopez ilə görüş keçirilib.
Azay Quliyev USAİD-in nümayəndəsinə Xocalı soyqırımının tanıdılmasına görə təşəkkürünü bildirib

Azərbaycan, Bakı, 4 mart /Trend/

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avropa və Avrasiya üzrə direktor müavini xanım Suzan Fritz, ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan, səfirliyin siyasi müşaviri Daniel Slaşer və agentliyin əməkdaşı Robert Lopez ilə görüş keçirilib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, USAID-in Azərbaycan vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıqda maraqlı olduğunu bildirən S.Fritz QHT sektorunun vəziyyəti, QHT-lər haqqında qanunvericiliyə edilən əlavə və dəyişikliklər, onların xarici donorların fəaliyyətinə təsiri və digər məsələlər barədə Şura sədrinin fikirlərini öyrənib.

A.Quliyev QHT-lər haqqında qanunvericiliyə edilən əlavə və dəyişikliklər barədə məlumat verərək bildirib ki, hazırda Nazirlər Kabineti qanunvericiliyə olunan əlavə və dəyişikliklərdən irəli gələn qaydalar üzərində işləyir. Şura sədri dəyişikliklərin QHT-lərin və donorların fəaliyyətində şəffaflığın və səmərəliliyin təmin olunması məqsədi ilə həyata keçirildiyini və bunlara əməl edən qurumların ölkəmizdə heç bir maneə olmadan fəaliyyət göstərə biləcəyini deyib.

Görüşdə ABŞ və Azərbaycan vətəndaş cəmiyyəti institutları arasında dialoqun təşkili, eləcə də iki ölkə arasında gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Azay Quliyev ABŞ-ın bir sıra ştatlarının Xocalı soyqırımını tanıması haqqında qəbul etdiyi qərara görə qonaqlara təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti